Ən çox qol fürsətlərini qaçıran futbolçuların adları bəlli oldu
Cari mövsüm "Top-5" liqalarda ən çox real qol fürsətlərini qaçıran futbolçuların adları bəlli olub.
Redaktor.az "Opta Sports"a istinadən xəbər verir ki, ilk "üçlüy"ə İngiltərənin "Mançetser Siti" klubunun futbolçusu Erlinq Holann başçılıq edir.
Norveçli hücumçu 34 dəfə qol imkanlarından yararlana bilməyib. İkinci yerdə 27 dəfə rəqib qapılarına yol tapa bilməyən Almaniyanın "Bavariya" kollektivinin forvardı Harri Keyn qərarlaşıb. Üçüncü sırada daha bir İngiltərə təmsilçisinin üzvü - 27 dəfə fərqlənmək imkanını qaçıran "Liverpul" klubunun futbolçusu Darvin Nunyes yer alıb.
Qeyd edək ki, E.Hollan cari mövsüm "Mançester Siti"nin heyətində çıxdığı 45 matçda 38 qol vurmağı bacarıb.