"Qarabağ" Lunyovun yerinə onu gətirir?

 10:30 01.06.2024     277

Serbiyanın "Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç "Qarabağ”ın maraq dairəsindədir.

Redaktor.az xəbər verir ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay "Apollon"da (Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.

Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.

İndi isə "Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə Fransa Liqa 1 klublarından da təkliflər var.

2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qolkiper "Rad”, "Donji Srem”, "Radniçki”, "Orhus”, "Hueska”, "Deportivo” klublarının da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.

Fanat.az məsələyə aydınlıq gətirmək üçün Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərovla əlaqə saxlayıb. Klub rəsmisinin reaksiyası belə olub: "Hazırda Azərbaycanda deyiləm. Amma məncə, bu, doğru məlumat deyil".