“Real Madrid”in qələbəsini proqnozlaşdırmaq qəbuledilməzdir” - Ekspert AÇIQLADI
“Bu oyunda “Real Madrid”in qələbəsini birmənalı şəkildə proqnozlaşdırmaq hətta peşəkar azarkeş üçün də qəbuledilməzdir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı Çempionlar Liqası final qarşılaşmasının taleyi ilə bağlı açıqlamasında bildirib.
“Əslində futbolda belə bir yazılmamış qanun var ki, proqnozları sevmir. Komandaların heyətlərinə nəzər saldıqda təbii ki, aşkar şəkildə üstünlük “Real Madrid”in üzərindədir. Hətta bukmeykerlərin əmsallarında da bunu aydın şəkildə görmək olar. Lakin futbolda reallıq tamamilə başqadır. Avropa Liqasının finalında aşkar favorit “Bavariya”, Konfrans Liqasının finalında isə, “Fiorentina” idi. Göründüyü kimi, futbolda gözlənilməzliklər mövcuddur.
Bu oyunda “Real Madrid”in qələbəsini birmənalı şəkildə proqnozlaşdırmaq hətta peşəkar azarkeş üçün də qəbuledilməzdir. Çünki Çempionlar Liqasının finalına çıxan klub zəif ola bilməz. Əgər “Borussiya Dortmund” “PSJ” kimi bir komandanı məğlub edibsə, deməli bu klubdan hər hansısa sürpriz gözləməyə dəyər.
Təbii ki, burada oyunçuların ustalıq səviyyəsi, ələ düşən imkanlardan istfadə də önəmlidir. Amma “Realı”ın asan qələbə qazanacağını söyləmək düzgün deyil. Hətta bu oyunun bol qolla yadda qalacağı gözlənilmir. Hər iki komanda bir-birinin səhvlərinə ümid bağlayacaq. Bol qol o zaman mümkün olar ki, hər hansısa bir komanda erkən qol vurmuş olsun. Beləliklə, hesabı bərabərləşdirmə istəkləri ortaya çıxa bilər. Yalnız bu halda oyunun bol qollarla yadda qalacağını söyləmək mümkündür. ”
Yusif SƏMƏDZADƏ