Ronaldo "Əl-Nəsr"dən ayrılır?

 22:17 01.06.2024     288

"Əl-Nəsr"in idman direktoru Quido Fienqo Kriştiano Ronaldonun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, o, bu iddiaları təkzib  edib: "Ronaldonun qanı artıq sarıdır. Növbəti mövsümdə bizimlə birlikdə davam edəcək".

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir.