"Real" Mbappenin transferini bu vaxt açıqlayacaq

 21:12 02.06.2024     258

PSJ-dən ayrılan Kilian Mbappenin gələcək klubu ilə bağlı yekun qərarını verib.

Redaktor.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. 25 yaşlı hücumçu ""Real"a keçəcək.

Məlumata görə, Mbappe artıq “Real”la müqavilə imzalayıb. Onun transferi gələn həftə rəsmən açıqlanacaq.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayırdı. Ötən mövsüm o, PSJ-nin heyətində bütün turnirlərdə 48 oyun keçirib, 44 qol vurub, 10 qolun ötürməsini edib.