"Çelsi" klubunun yeni baş məşqçisinin adı açıqlandı

 18:52 03.06.2024     230

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Redaktor.az London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post son iş yeri "Lester" klubu olan Entso Mareskaya həvalə edilib.

İtaliyalı mütəxəssis iyulun 1-də işə başlayacaq. "Çelsi" onunla 5 illik müqavilə bağlayıb.

Premyer Liqa təmsilçisi E.Mareskaya görə "Lester"ə 11,7 milyon avro təzminat ödəyəcək.