“Qarabağ” Almeyda ilə müqaviləni yenilədi

 20:16 03.06.2024     269

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.