“Qarabağ” Adama Diakabi ilə yollarını ayırıb

 22:37 03.06.2024     336

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

Ağdam klubundan Redaktor.az-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), ölkə kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.