"Qalatasaray"ın futbolçusundan kobud hərəkət

 16:18 05.06.2024     230

Qadınlardan ibarət Konqo Demokratik Respublikası millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rut Kipoyi Mərakeşlə yoldaşlıq görüşündə rəqibini yumruqla vurub.

Redaktor.az "msn.com" portalına istinadən xəbər verir ki, meydan sahiblərinin hücumçusu yol verdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq qovulub.

Hadisədən sonra stadionda ara qarışıb və dava düşüb. Qarşıdurma zamanı 26 yaşlı futbolçu yumruq zərbəsi ilə rəqibi Yasmin Mrabeti yerə yıxıb. Bir müddət sonra tərəflər sakitləşdirilib.

Qeyd edək ki, Rut Kipoyi daha sonra sosial şəbəkə hesabında Yasmin Mrabetdən üzr istəyib.