Maradonanın “Qızıl top”una həbs qoyuldu
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı ildə qazandığı “Qızıl top” mükafatı Fransadakı “Aquttes” satış evində keçirilən hərracdan çıxarılıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Maradonanın ailə üzvlərinun kubokun 1989-cu ildə oğurlandığını iddia etməsi olub.
İddia səbəbindən araşdırma aparıldığı üçün Fransa məhkəməsi “Qızıl top”un satışını qadağan edib və hər şey aydınlığa qovuşana qədər mükafata həbs qoyub.
Maradona fəxri kuboku Argentina yığmasının 1986-cı ildə dünya çempionu olmasından 10 il sonra alıb. Kubokun dəyəri bir neçə milyon dollar qiymətləndirilir. Onun satışı üzrə hərrac iyunun 6-da, “Aquttes” hərrac evində keçirilməli idi. Mükafat satılacağı təqdirdə, idman tarixində ən bahalı əşya ola bilər.