Dünya çempionatının mükafatçısı dopinqə görə diskvalifikasiya edildi

 19:31 05.06.2024     206

2019-cu il Dünya Çempionatında 10 000 metr məsafəyə qaçışda bürünc medal qazanan keniyalı Ronex Kipruto antidopinq qaydalarını pozduğu üçün 6 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Athletics Integrity Unit" (AIU) müstəqil atletika qurumunun mətbuat xidməti məlumat yayıb.

Kiprutonun 24 yaşı var və onun cəzası 2029-cu il mayın 10-da başa çatacaq.

AIU keniyalı idmançının uzun müddət dopinq sxemində iştirak etdiyi qənaətinə gəlib. Onun antidopinq pasportunda pozuntular aşkar edilib ki, bunlardan birincisi 2018-ci ilin iyul ayına təsadüf edir. Həmin andan etibarən idmançının bütün nəticələri ləğv edildi. Kipruto dünya çempionatında bürünc medalını itirəcək. 

Turan İSMAYIL