Fransa klubunun yeni baş məşqçisi bəlli oldu

 19:51 05.06.2024     253

Fransanın "Lill" kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Cenesio çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Paulu Fonseiki əvəzləyib.

Qeyd edək ki, B.Cenesio daha əvvəl Fransanın "Lion" və "Renn", həmçinin Çinin "Beytszin Qoan" klublarını çalışdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən