İnyestanın heykəlinin açılışı oldu

 23:12 05.06.2024     220

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyestanın heykəlinin açılışı olub.

Redaktor.az xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb.

Heykəlin görünüşü 40 yaşlı futbolçunun 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirməsini əks etdirir.

Final görüşündə Niderland millisinə yeganə qolu vuran A.İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.

Qeyd edək ki, yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubunda çıxış edir.

2