“Qalatasaray” rəhbərliyindən Okan Burukla bağlı yeni qərar
Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Burukla müqavilənin müddəti iki il uzadılıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Baş məşqçi ilə sabah imza mərasimi təşkil olunacaq.
Okan Buruk iki il əvvəl “Qalatasaray”ın baş məşqçisi təyin edilib və ardıcıl iki mövsüm komandanı çempion edib.
“Qalatasaray” bu mövsüm Türkiyə Superkubokunu da qazanıb.