Messidən “Real” açıqlaması

 17:39 07.06.2024     256

Məşhur argentinalı futbolçu Lionel Messi “Real”ı dünyanın ən yaxşı komandası hesab edir.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. 

“Ən yaxşı komanda “Real”dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. “Real” ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, “Mançester Siti” kimi gücü idi. 

Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”.

Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.