"Arsenal" klubunun ən yaxşı futbolçusu açıqlandı

 22:14 07.06.2024     279

İngiltərənin "Arsenal" klubunun 2023/2024 mövsümü üçün ən yaxşı futbolçusu açıqlanıb.

Redaktor.az "topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubunun azarkeşləri Martin Edeqoru ötən mövsümün ən yaxşı futbolçusu seçiblər.

25 yaşlı yarımmüdafiəçi 33 faiz səs toplamaqla bu titula yiyələnib. Deklan Rays ikinci, Vilyam Saliba isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, M. Edeqor arxada qalan mövsüm "Arsenal"ın heyətində 48 oyuna çıxıb və 11 qol vurub.