"Mançester Siti" Qvardiola ilə bağlı qərarını VERDİ
"Mançester Siti" klubu baş məşqçi Pep Qvardiola ilə ayrılmaq istəmir.
Reaktor.az “The Telegraph”-a istinadən xəbər verir ki, klub rəhbərliyi 53 yaşlı mmütəxəssislə əməkdaşlığı uzatmağa can atır.
Mənbənin məlumatına görə, "şəhərlilər" Qvardiolaya layiqli əvəzləyici tapmağı çox çətin olacağını düşünür.
İspan mütəxəssisin MS ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Xosep 2016-cı ilin yayından Premyer Liqa klubunun baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 8 ildə 6 dəfə Premyer Liqa çempionu, 2022/2023 mövsümündə isə UEFA Çempionlar Liqasının qalibi olub.