Azərbaycan millisi Ermənistanı darmadağın etdi - FOTO
![](https://img.redaktor.az/news/2024/06/photo_243733.jpg?v=MDQ6MTMyMDI0LTA2LTA4IDEyOjU5OjU4)
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.
Redaktor.az xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.
![2](https://img.redaktor.az/gallery/2024/06/243733_66641d8e1fa0f.jpg)