Azərbaycan milli komandasının heyətində dəyişiklik edildi
Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan fubol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, müdafiəçi Rahil Məmmədov məşqçinin icazəsi ilə düşərgəni tərk edib.
Onun Albaniya ilə yoldaşlıq görüşündən sonra düşərgəni tərk etməsi öncədən razılaşdırılmışdı.
Əvəzində viza problemi həll olunan digər müdafiəçi Elvin Bədəlov komandaya qoşulub.