Güləşçimiz Murad Məmmədov finala yüksəldi

 23:28 08.06.2024     283

Azərbaycanın 2 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, Murad Məmmədov (63 kq) sözügedən yarışda finaladək irəliləyə bilib.

İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.