Avro-2024 öncəsi evləndi

 16:24 09.06.2024     297

"Bavariya"nın və Niderland millisinin müdafiəçisi Matteys De Liqt evlənib.

Redaktor.az xəbər verir ki, futbolçunun seçdiyi şəxs isə 18 yaşından bəri tanıdığı və uzun müddətdir sevgilisi olan Anneki Molenaardır.

Mərasim iyunun 7-də qızın doğma kəndində yalnız qohumlarının və bir neçə şahidin iştirakı ilə baş tutub.

Cütlük daha sonra böyük bir toy edəcəklərinə ümid edir.

Toydan sonra axşam de Liqt Avro 2024-ə hazırlığı davam etdirmək üçün Niderland millisinin düşərgəsinə qayıdıb.