Mbappe bugünkü oyunu buna görə buraxacaq

 20:10 09.06.2024     213

Fransa millisinin kapitanı Kilian Mbappe Kanada ilə yoldaşlıq görüşünü buraxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Mbappe bir neçə gündür ki, bel ağrılarından əziyyət çəkir. O, komandanın bugünkü məşqində də iştirak etməyib. 

Məşqçilər korpusu liderlərinin qayğısına qalmaq qərarına gəliblər. Buna görə də Mbappen Kanada ilə oyunda meydana buraxmayacaqlar. Hücumçunun yerinə Olivye Jirunun meydana çıxacağı gözlənilir.

Fransa və Kanada milli komandaları arasında bu gün Bordoda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.