Azərbaycanda dünya çempionatının açılış mərasimi keçirildi

 15:23 10.06.2024     217

Çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində çövkən üzrə dünya Azərbaycan Respublikası Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev, ardınca Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev fikirlərini bildirib.

Dünya çempionatında Azərbaycanla yanaşı Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistanın komandaları iştirak edəcək.

Qeyd edək ki, yarışda milli atlardan istifadə olunacaq. Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.