Messi ABŞ-də buna görə birinci oldu

 13:21 11.06.2024     295

ABŞ-nin əsas futbol çempionatı MLS-də 2024-cü ildə formaları ən çox satılan futbolçular müəyyənləşib.

Redaktor.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir.

Argentina millisinin kapitanının komanda yoldaşı Luis Suares ikinci, “Sinsinnati”nin futbolçusu Lusiano Akosta isə üçüncüdür.

Formaları ən çox satılan 10 futbolçu:

1. Lionel Messi - “İnter Mayami”
2. Luis Suares - “İnter Mayami”
3. Lusiano Akosta - “Sinsinnati”
4. Kuço Ernandes - “Kolambus Kryu”
5. Riki Puç - “Los Anceles Qalaksi”
6. Pedro de la Veqa - “Sietl Saunders”
7. Cordan Morris - “Sietl Saunders”
8. Hani Muxtar - “Neşvill”
9. Georgios Yakumakis - “Atlanta Yunayted”
10. Emil Forsberq - “Nyu York Red Bulls”