"Qarabağ"dan ayrılan qapıçı "Dinamo"dan bir milyon avro tələb edir

 17:56 11.06.2024     190

"Qarabağ"dan ayrılan Andrey Lunyov Rusiyanın "Dinamo" (Moskva) klubundan illik bir milyon avro maaş istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə onun keçmiş meneceri Anton Smirnov telegram kanalında yazıb.

O, 32 yaşlı qolkiperin yalnız bir seçiminin qaldığını və bunun "Dinamo" olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Lunyov ötən mövsüm "Qarabağ"ın formasını geyinib.