Kadi "Qarabağ"a qayıdır?
"Qarabağ" sabiq futbolçusu Kadinin klubuna - "Krasnodar"a rəsmi təklif göndərib.
Redaktor.az xəbər verir ki, məlumatı "RB Sport" yayıb.
Xəbərə görə, 27 yaşlı oyunçu "buğalar"ın baş məşqçisi Murad Musayevə Rusiya komandasını tərk edərək Ağdam təmsilçisinə qayıtmaq istədiyini deyib.
Xatırladaq ki, "Qarabağ" Kadini ötən ilin yanvarında "Krasnodar"a satıb. Braziliyalı yarımmüdafiəçinin ruslarla müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kadinin transfer qiymətini 3,5 milyon avro ilə dəyərləndirir.