Messi karyerasına bu klubda yekun VURACAQ

 21:42 12.06.2024     214

Argentinalı hücumçu Lionel Messi karyerasında son klubunun adını açıqlayıb.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, Messi son futbol klubunun hazırda oynadığı "İnter Mayami" olacağını bildirib.

"Eyni zamanda, getdikcə futboldan həzz alıram, çünki başa düşürəm ki, oynamaq üçün getdikcə daha az vaxtım var", - Messi bildirib.

Fevral ayında Messinin ABŞ-nin ən populyar idmançısı olduğu bildirilib.

Yusif EYVAZLI