Messidən gözlənilməz qərar - "Getməyəcəyəm..."

 13:47 13.06.2024     358

Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında Argentina millisinin heyətində olmayacaq.

Redaktor.az xəbər verir ki, bunu 36 yaşlı futbolçunun özü açıqlayıb.

Messi deyib ki, yaşı ona ardıcıl 2 turnirdə iştirak etməyə imkan vermir:l

“Millinin baş məşqçisi Xavyer Maskerano ilə danışdım. Amerika Kubokunda mübarizə aparırıq və Olimpiada haqqında düşünmək çətindir. Hər 2 yarışda iştirak etsəm, klubumdan 2-3 ay ayrı düşəcəm. Ardıcıl 2 turnirdə oynamaq yaşında da deyiləm. Bu səbəbdən də seçimimi etmişəm. Olimpiadada oynamaq və qalib olmaq mənə nəsib olub. Bu, futbol səviyyəsində gözəl təcrübə idi”.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə kimi keçiriləcək.