AVRO 2024 həyəcanı başlayır - Bu telekanallarda yayımlanacaq

 14:32 13.06.2024     413

Sabahdan futbol üzrə Avropa çempionatı - AVRO 2024 həyəcanı başlayır. 

Redaktor.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi 17-ci Avropa Futbol Çempionatı (AVRO 2024) başlayır.

31 gün davam edəcək turnirdə 24 milli komanda mübarizə aparacaq.

Açılış oyunu Münxendə keçiriləcək və turnirin ev sahibi Almaniya Şotlandiyanı qəbul edəcək.

Türkiyə isə F qrupunda mübarizə apacaq. Qardaş ölkə ilk oyununu 18 iyunda Gürcüstana qarşı keçirəcək.

Çempionatda bütün oyunları Azərbaycanda İTV, Türkiyədə isə TRT kanalında canlı yayımlanacaq.