"Bavariya"dan yeni transfer
Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Redaktor.az xəbər verir ki, münhenlilər Yaponiya millisinin müdafiəçisi Hiroki İto ilə anlaşıb.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, H.İtonun sonuncu klubu Almaniyanın “Ştutqart" kollektivi olub.