Qurban Qurbanov oğlunu Azərbaycana qaytardı

 17:54 14.06.2024     357

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Qarabağ" Musa Qurbanlını heyətinə cəlb edib.

Redaktor.az xəbər verir ki, 22 yaşıl hücumçu son olaraq İsveçdə "Yurqorden"in formasını geyinib.

Qeyd edək ki, Musa Qurbanlı 2023-cü ildə Ağdam təmsilçisindən ayrılıb xaricə üz tutub .

"Qarabağ" daha əvvəl xorvatiyalı qapıçı Fabiyan Buntiçlə müqavilə imzalayıb.