Avropa Çempionatında ilk qolu o vurdu

 23:34 14.06.2024     287

Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts 2024-cü il futbol üzrə Avropa çempionatında ilk qolu vurub.

Redaktor.az xəbər verir ki, turnir Almaniyada keçirilir.

Virts şotlandlarla görüşün 10-cu dəqiqəsində fərqlənib. Oyun Münhendə keçirilir. 19-cu dəqiqədə Camal Musiala hesabı 2:0-a çıxararaq turnirin ev sahiblərinin xeyrinə olub.

Virtsin 21 yaşı var. O, ötən mövsüm Almaniya çempionu olmuş "Bayer Leverkuzen"də çıxış edir. Yarımmüdafiəçi Almaniya millisində 19-cu oyununa çıxır və 2-ci qolunu vurub.

A qrupunda İsveçrə və Macarıstan komandaları ilə yanaşı Almaniya və Şotlandiya milliləri mübarizə aparır. İsveçrə və macarlar arasında ilk turun oyunu iyunun 15-də baş tutacaq.

Avropa çempionatında 6 qrupa bölünən 24 komanda iştirak edir. Hər kvartetdən iki ən yaxşı komanda və üçüncü yerləri tutan dörd ən yaxşı komanda 1/8 finala yüksələcək. Turnirin həlledici qarşılaşması iyulun 14-də Berlində baş tutacaq.

Turan İSMAYIL