Azərbaycan klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.
Redaktor.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca bölgə təmsilçisini çalışdıracaq.
UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən fasilələrlə "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" (Quba) və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.
Türkiyədə isə "Adana Dəmirspor", "Kayseri Ərciyəsspor", "Pozantı Gənclik", "Kadirli Dəmir" və "Osmaniyəspor" klublarının baş məşqçisi postunda çalışıb.