"Kəpəz"dən ayrılan futbolçu "Zirə" ilə anlaşıb

 19:00 15.06.2024     206

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Zirə” daha bir futbolçu ilə anlaşıb.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”dan ayrılan Junior Martins paytaxt təmsilçisi ilə 3 illik müqvailə bağlayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.