"Dua kimi hücumçuya ehtiyacımız var idi"
İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Macarıstana 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Redaktor.az xəbər verir ki, o deyib:
“Komanda və heyətə tərifləri çatdıracağam. Biz hamımız bu an üçün böyük azarkeşlər qarşısında birlikdə çalışdıq. Bu gün hamı yaxşı çıxış etdi, birinci hissədə üstün olduq. Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi. O, bu gün yaxşı oyun keçirdi. Digər tərəfdən, Aebişer həmişəki mövqeyində oynamasa da, çoxlu şanslar yaratdı və fantastik qol vurdu. Təriflərə görə təşəkkür edirəm, lakin hələ heç nə qazanılmayıb”.