Albaniya millisinin üzvü Avropa çempionatları tarixinin ən erkən qolunu vurub
Albaniya millisinin üzvü Nedim Bayrami futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
Redaktor.az xəbər verir ki, 22-ci saniyədə İtaliya millisinin qapısına yol tapan 25 yaşlı futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb.
Yarımmüdafiəçi AVRO-2004-də 65-ci saniyədə fərqlənən rusiyalı Dmitri Kiriçenkonun rekordunu yeniləyib.