İtaliya Avropa çempionatlarında ardıcıl 10-cu matçda uduzmayıb

 12:19 16.06.2024     201

İtaliya Avropa çempionatlarında ardıcıl 10-cu matçda uduzmayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, dünən AVRO-2024-ün qrup mərhələsinin I turunda baş tutan Albaniya ilə oyunda reallaşıb.

Görüş italyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda 7 qələbə və 3 heç-heçə ilə Avropa çempionatında ardıcıl məğlubiyyətsiz seriyanı davam etdirib. Bu, milli tarixində ikinci belə haldır.

Qeyd edək ki, İtaliya yığması 3 xalla B qrupuna başçılıq edir. Komanda növbəti matçı iyunun 20-də İspaniyaya qarşı olacaq.