Avro-2024-ün sabahkı oyunlarının hakimləri

 16:25 16.06.2024     287

UEFA Avro-2024-ün qrup mərhələsinin ilk turunun daha 3 oyununa hakim təyinatlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, sabah keçiriləcək görüşlər adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb:

Avro-2024, qrup mərhələsi, 1-ci tur

E qrupu

17:00. Rumıniya - Ukrayna

Hakimlər: Qlen Nyüberq, Mahbud Beigi, Andreas Söderqvist (hamısı İsveç), Espen Eskaş (Norveç)

20:00. Belçika - Slovakiya

Hakimlər: Halil Umut Meler, Emre Eyisoy, Kerem Ersoy (hamısı Türkiyə), Serdar Gözübüyük (Niderland)

D qrupu

23:00. Avstriya - Fransa

Hakimlər: Xesus Gil Manzano, Dieqo Barbero, Anhel Nevado (hamısı İpaniya), Mikola Barakin (Ukrayna)