Ronaldinyodan Braziliya millisinə sərt sözlər

 18:00 16.06.2024     178

Braziliya millisinin sabiq üzvü, əfsanəvi futbolçu Ronaldinyo yığmanın hazırkı durumundan danışıb.

Redaktor.az xəbər verir ki, o, millini tənqid edib:

"Budur, dostlar!. Braziliya futbolunu sevənlər üçün bu, kədərli bir andır. Oyunları izləmək üçün ruh tapmaq çətinləşir. Bu, bəlkə də, son illərin ən pis komandalarından biridir. Hörmətli liderlər, mən uşaqlıqdan bəri futbolu izləyirəm. Mən bu qədər pis bir vəziyyət görməmişdim. Əzmsizlik...Bu, çox utancvericidir. Braziliya millisinin Amerika kubokundakı heç bir oyunu izləməyəcəyəm və qələbələri qeyd etməyəcəyəm".

2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokunda Braziliya D qrupunda Kolumbiya, Paraqvay və Kosta-Rika ilə mübarizə aparacaq. Əvvəlki turnirdə komanda həlledici görüşdə Argentina millisinə uduzmuşdular.