Türkiyə AÇ-də ilk oyununa çıxacaq

 11:39 18.06.2024     365

Almaniyada keçirilən AÇ-2024 davam edir.

Redaktor.az xəbər verir ki, bu gün Türkiyə yığması mübarizəyə başlayacaq.

F qrupunda yer alan “ay ulduzlular” AÇ-yə sürpriz edərək qatılan Gürcüstan yığması ilə üz-üzə gələcək.

Matçın start fiti 20:00-da veriləcək.

Qrupun digər matçında Portuqaliya Çexiya ilə qarşılaşacaq. Bununla da AÇ-də qrup mərhələsinin ilk turuna yekun vurulacaq.

AÇ-2024

F qrupu

1-ci tur

20:00. Türkiyə - Gürcüstan 

23:00. Portuqaliya - Çexiya