Serxio Ramos Ronaldonun komanda yoldaşı olacaq

 16:51 18.06.2024     202

İspaniyalı ulduz futbolçu Serxio Ramos yeni mövsümdən etibarən Səudiyyə Ərəbistanı klubunda çıxış edəcək.

Redaktor.az xəbər verir ki, ulduz futbolçu "Ən-Nəsr" klubu ilə danışıqları yekunlaşdırıb.

Serxio Ramosun keçidində klubun idman direktoru Fernando Yerro da maraqlıdır.

Kriştianu Ronaldonun da Serxio Ramosa zəng edərək kluba qatılmasını təklif etdiyi bildirilir.

Qeyd edək ki, Serxio Ramos ötən gün "Sevilya" klubundan azad agent kimi ayrılmışdı.