Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

 19:24 18.06.2024     298

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Redaktor.az xəbər verir ki, 2024/25 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın "Eqnatiya"nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın "Borats" klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri 16-17-də baş tutacaq.

I təsnifat mərhələsi

"Slovan" – "Struqa"
TNS – "Deçiç"
"Borats" – "Eqnatiya"
"Hamrun" – "Linkoln"
"Balkani" – "Santa Koloma"
"Flora" – "Selye"
"Klaksvik" – "Differdanj"
"Panevejis" - HİK
RFŞ – "Larne"
"Vikinqur" – "Şemrok Rovers"
"Virtus" – "Styaua"
"Lüdororets" – "Dinamo" Bt
"Ordabası" – "Petrokub"
"Dinamo" Mn – "Pünik"