Türk və gürcü azarkeşlər arasında matçdan öncə dava - VİDEO

 19:50 18.06.2024     371

Xəbər verdiyimiz kimi, Türkiyə və Gürcüstan yığmaları Avro-2024-ün qrup mərhələsinin ilk turunda üz-üzə gələcəklər.

Redaktor.az xəbər verir ki, matçdan əvvəl komandaların azarkeşləri arasında dava düşüb.

Belə ki, Dortmund şəhərindəki stadionun tribunalarında azarkeşlər mübahisə edib. Sonra bu, davaya çevrilib. Aranı təhlükəsizlik qüvvələri sakitləşdirib.

Həmin görüntüləri təqdim edirik: