Mbappeni zədələdiyi üçün üzr istədi

 21:23 18.06.2024     426

Avstriya millisinin üzvü Kevin Danso Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Fransa yığmasının hücumçusu Kilian Mbappeni zədələdiyi üçün üzr istəyib.

Redaktor.az xəbər verir ki, Danso ilə toqquşmadan sonra Mbappenin burnu sınıb.

Kevin belə bir hadisənin baş verdiyinə görə təəssüfləndiyini söyləyib:

"Təəssüf ki, pis nəticə qazandıq. Bununla belə, komandamızla, azarkeşlərlə və öz oyunumla fəxr edirəm. İnanılmaz dəstək üçün hamınıza təşəkkür edirəm. 

Fransalı azarkeşlərə isə bunları demək istəyirəm: Bu hadisəyə görə üzr istəyirəm. Kilian Mbappenin zədələnməyinə görə çox təəssüflənirəm. Ona tez sağalmağı arzulayıram. Ümid edirəm ki, o, tezliklə meydana qayıdacaq”.