Arda Ronaldonu da keçdi - Tarixə düşdü
Türkiyə millisinin üzvü Arda Gülər Avropa çempionatları tarixinə düşüb.
Redaktor.az xəbər verir ki, yarımmüdafiəçi qitə birinciliklərində qol vuran ən gənc futbolçu adına yiyələnib.
A.Gülər buna Kriştianu Ronaldonu geridə qoymaqla nail olub.
Belə ki, Ronaldo 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-də qol vurarkən 19 yaş 128 günlüyündə idi.