Portuqaliyadan çətin qələbə - AVRO-2024
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
Redaktor.az xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.
Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.