Ronaldodan yeni rekord

 11:11 19.06.2024     281

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya matçında Portuqaliya millisinin əsas heyətində yer alan Kriştiano Ronaldo yarışın tarixinə düşüb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu altı Avropa çempionatında iştirak edən yeganə futbolçu ünvanına yiyələnib.

39 yaşlı futbolçu 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilən Avropa çempionatlarında millinin heyətində yer alıb. Ümumilikdə hücumçu 26 matça çıxıb. O, bu görüşlərdə 14 qola, 9 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, Ronaldo Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.