"Sabah" və "Sumqayıt"ın rəqibləri bəlli olacaq - UEFA Konfrans Liqası

 11:54 19.06.2024     270

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bu gün bəlli olacaq.

Redaktor.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.