"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

 12:18 19.06.2024     342

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bu gün bəlli olacaq.

Redaktor.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimizin rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Ağdam təmsilçisi səpələnmişlər siyahısında yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.