UEFA bu komandanı cərimələdi - AVRO-2024
UEFA Albaniya milli komandasını cərimələyib.
Redaktor.az xəbər verir ki, ali futbol qurumu Avropa çempionatının qrup mərhələsinin I turunda İtaliya ilə matçda alban azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəzası tədbiq edib.
Ümumilikdə, meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydançaya daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro məbləğində cərimələnib.
Qeyd edək ki,B qrupunun oyunları çərçivəsində üz-üzə gələn tərəflərin duelində İtaliya Albaniyanı 2:1 hesabı ilə məğlub edib.